AZ| EN| RU


Müasir avadanlıqlar vasitəsi ilə dişlərin rentgeni və diaqnostikası
Dişlərin panoram rentgen şəkilləri stomatologiyanın bütün sahələrində effektiv diaqnostika və müalicəsi üçün imkan yaradır - diş kariyesindən tutmuş implant cərrahiyəsinədək bütün sahələrdə tətbiq olunur. Dişlərin 3D panoram rentgeni diaqnoz və breketlərin quraşdırılması kimi prosedurlarının planlaşdırılmasında artıq məşhur bir metoda çevrilib. Yüksək diaqnostik dəqiqlik diş xəstəliklərinə qarşı effektiv mübarizə ilə yanaşı, ilkin mərhələdə gizli qalan, həkimin gözünə görünməyən patologiyaların diaqnozuna kömək edir. Beləliklə, hətta ən gizli xəstəliyi aşkar etmək olur.
Avadanlıq minimal şüalanma ilə ağız boşluğu haqqında bütün anatomik məlumatı toplayır, dişlərin aydın rentgen şəkillərini yaradır.

Üstünlüklər:

•    Şüalanmanın gücü ənənəvi rentgen aparatlarına nisbətən 95% azdır. 
•    Müasir stomatoloji cərrahiyənin tələblərinə cavab verir.
•    Sefalometrik, tomografik şəkillər, eləcə də, CBVT texnologiyalı şəkillər (kiçik implant halların skanı üçün) və dişin rentegen şəkilini yaradan üç-tərəfli panoram görüntü.
•    Skan vaxtı bir neçə saniyə çəkir.
•    Üç-tərəfli rəsmi bir skan ilə almaq mümkündür.