AZ| EN| RU
Med Holdinq diş texniki laboratoriyası klinikanın istənilən növ işlərinin görülməsində bütün tələblərə cavab verən kompleks laboratoriyasıdır.
Bizim texniki laboratoriyamız öz sahəsinin mütəxəssisi olan təcrübəli diş texniklərdən ibarət işçi heyətinə malikdir. 
Texniki laboratoriyamızın əsas məqsədi sabit keyfiyyətə malik maksimal dərəcədə dəqiq və gözəl estetik məhsullar hazırlamaqdır. Bu məqsədə nail olmaq üçün materialların müasir üsullarla emal edilməsində yeni texnoligiyalardan, xüsusilə də metalsız keramik oksid sirkoninin istehsalında ARTICON şirkətinin CAD/CAM sistemindən istifadə olunur. Laboratoriyamız Bakıda açıq sistemlə işləyən ilk özəl texniki laboratoriyadır. Bu sistem vasitəsilə inley-onley plombları, vinirlər, qapaqlar (koronka) və körpüvari protezləri həqiqətən də mikroskopik dəqiqliklə hazırlamaq mümkündür. Qapaqların əl ilə hazırlanmasından fərqli olaraq komputerlə frezləmə zamanı heç bir səhvə yol verilmir, çünki sistem hər hansı kiçik yayınmaları görür və onları aradan qaldırır. İlk öncə diş modelinin xüsusi lazer skaneri vasitəsilə təsviri yaradılır, sonra təsvir komputerdə yerləşdirilir və pasiyent üçün uyğun olan ideal diş forması virtual olaraq modelləşdirilir. Modellərin skanlaşdırılması son nəsil texnologiyaların köməyilə həyata keçirilir (ağ işıqlı 3D skaner). Alınmış təsvir komputerin ekranında təsvir edilir və burada proqram təminatı vasitəsilə körpülərin və qapaqların karkası hazırlanır. Sistemin üstülüklərindən biri də onun böyük ölçüdə (14 vahidə qədər)  körpülərin, eləcə də qapaqların hazırlanmasına imkan yaratmasıdır. Emal prosesi tamamilə avtomatlaşdırılıb və frezer maşınını istənilən vaxt proqramlaşdırmaq olur.
 Metalsız qapaqların çoxlu sayda üstülükləri olduğuna görə onları sizinlə paylaşmaq istəyirik:
-    Diş toxumaları infeksiyasını azaldır, belə ki, inley-onley plomblar əvvəlcədən hazırlanmış və emal olunmuş səthin üzərinə qoyulur.
-    Allergik reaksiyalar yaratmır və ağız boşluğunun toxumaları ilə ideal uyğunluğu var.
-    Qiymətli qarışıqlardan hazırlanmış keramikadan estetik cəhətdən daha üstündür.
-    Metal-keramika qapaqları ilə müqayisədə yüngül quruluşa malikdir.
Metalsız konstruksiyalardan başqa MED Holdinqin diş texniki laboratoriyasında kənar dişlər yonulmadan, implantlarla protez qoyulması kimi müasir peşəkar təcrübələrdən istifadə olunur.