AZ| EN| RU

Ortodontiya diş əyriliklərini düzəldir, çənə sümüklərinin düzgün inkişafını təmin edir və üzün estetik əyiliklərini aradan qaldırır.

Ortodontik müalicədə yaş hüdudu olmur - stomatologiyanın bu sahəində heç bir məhdudiyyət yoxdur. Lakin, yaş ilə insan bədəni daha çətin müalicə olunur və bu uzunmüddətli müalicəyə uyğunlaşmaq daha ağır olur.
Estetik qüsurlardan başqa, düzgün yerləşməyən dişlər otrodontiya vasitəsi ilə aradan qaldırıla biləcək sağlamlıq problemləri haqqında xəbərdarlıqdır. Diş boşluqları arasında və diş əti ciblərində əmələ gələn daşlar parodontun (diş əti xəstəliyi) əmələ gəlməsinə səbəb olur. Bütün bunlar mikrob və bakteriyalar üçün əlverişli mühit yaradır. Nəticədə, ağız boşluğunda yaranan mikroblar  asanlıqla mədə-bağırsaq traktı vasitəsilə orqanizmə daxil olur və bir çox xroniki xəstəliklərin yaranmasına səbəb olur.
Demək olar ki, diş əyriliyinin düzəlməsi, nəticə etibarilə üz formasına da öz təsirini gösətrir – müəlicənin sonunda üzün profili, yanaq sümükləri və çənənin forması dəyişə bilər.

Breketlər kiçik qıfıllarla dişin xarici (vestibülyar breketlər) və daxili (linqval breketləri) tərəflərinə yapışdırılır. Qıfılcıqlar bir birinə nazik qövsvari halqa metalla bağlıdır. Breketlər qövsvarı metala xüsusi liqatura ilə bərkidilir. Pasient qıfılcıqların  rəngini və formasını zövqünə uyğun olaraq seçə bilər.
Yüzillik yaşın baxmayaraq, sabit breketlər daha effektiv və müasir metod hesab olunurlar. Dünyada amerikalı ortodont Edvard Enqli çıxmayan breket konstruksiyasının ixtiraçısı və banisi kimi tanınır.
Braket sistemi ilə yanaşı, ortodontiyada lövhələrdən də istifadə olunur. Mürəkkəb və ya sadə konstruksiyasından asılı olaraq, bu lövhəciklər yalnız gecələr və ya gün ərzində taxılır. Lövhələr müxtəlif funkisyaları yerinə yetirirlər, o cümlədən, çənə sümüyünün formasını dəyişir. Bu lövhələr də fərdi olaraq hazırlanır və dişlərə nazik məftilli qıfılcıqlarla bərkidilir. Yemək yedikdə və diş fırçalama zamanı lövhələr çıxarılır, sonra yenidən taxıla bilər. Diş cərgəsi əyriliyini düzəltmək üçün, lövhələrə məftilli qövslər, ilmələr, yaylar, çənə sümüyünü genişləndirməyə lazım gəldikdə isə, hətta, genəldici vintlər quraşdırırlar.


BİZİM KLİNİKANIN ÜSTÜNLÜKLƏRİ:

MED Holding 14 il uğurlu fəaliyyəti ərzində stomatoloji xidmətləri ilə ortodontik klinikalar sırasında liderliyi qazana bilib. Klinikada müalicə olunan 3000-dən artıq xəstə diş əyriliyi ilə bağlı problemlərdən azad olub. Burda, bütün tövsiyələr və standartlara cavab verməlk şərti ilə,  hər bir xəstəyə fərdi yanaşalır. Məqsədimiz müalicəni düzgün qoymaq və yaxşı nəticələr əldə etməkdir.
Bu gün Bakıda stomatoloji xidmətləri sahəsində həddindən artıq çoxlu klinikalar var, bəziləri açılır, digərləri bağlanır. Amma ortodontik müalicə uzun sürən bir prosesdir! 1,5 ilə yaxın çəkə bilər. Klinikanı seçərkən unutmayın ki, diş əyriliyinin düzəlməsi  böyük bir prosesdir və yükün böyük hissəsi diş əti üzərinə düşür. Dişlərin yerdəyişməsi və çənə sümüyünün formalaşması prosesi düzgün yönəldilməzsə, bu  ağız boşluğu xəstəliklərinə, köklərin çıxarılmasına və dişlərin laxlamasına gətirib çıxara bilər.  Ona görə də, gözəl nəticə əldə etmək üçün təcrübəli həkim-ortodontun seçimi, düzgün müalicənin qoyulması mühüm rol oynayır.


Məhdudiyyətsiz gülümsə və çeynə!