AZ| EN| RU

 
Medholding ESTETİK KLİNİK”-e xoş gəlmisiniz!

Klinikamız tibbi, aparat kosmetologiyası və estetik tibb üzrə Bakıda ən yaxşı klinikalardan biri kimi tanınır. Burada kosmetologiya sahəsində aparılan ən son elmi araşdırmalar və ən çətin kosmetoloji problemlərin müalicəsi üzrə əldə edilən praktiki təcrübə bir ahənglilik təşkil edir. Xəstələr Medholding Estetik Klinikasına yaşın və qocalmanın xarici təzahürlərinin heç bir ciddi cərrahi müdaxilə olmadan, yeni elm və kosmetoloji nailiyyətlər sayəsində aradan qaldırılması  üçün müraciət edirlər.
Klinika ən son amerika və avropa avadanlıqları ilə təchiz edilib (Cynoresure Elit Plus, QUIN 5, Maya Peel – MDA, Oxylife Nova VX) və estetik tibb üçün əsaslı surətdə işlənmiş və daima yenilənən innovasiyalara malikdir. Klinikada ən son texnologiya, ən çox tələbat olan “anti-age” metodları və ən təcrübəli mütəxəssislər toplanmışdır. Biz əsasən minimal invaziv (cərrahi müdaxilə olmadan) metodlar sahəsində  ixtisaslaşmışıq. Əsas məqsədimiz – lazer epilyasiyası, kompleks cavanlaşma, arıqlamaq üçün kompleks proqramlar və digər kosmetoloji xidmətlər göstərməkdir.
Bizim dermato-kosmetoloqlarımız xüsusilə İsveçrə, Almaniya, Amerika, İsrail, İtaliya və Fransanın sınaqdan keçmiş və nəticələr əldə etmiş ən yaxşı kosmetika məhsullarından istifadə edirlər.
Endirim sistemi və xüsusi təkliflər sayəsində klinikamızdakı xidmətlərin qiyməti Bakıdakı digər qiymətlərdən  daha  cəlbedicidir.
Klinikamızın fərqləndirici xüsusiyyəti – rahat və steril mühitlə yüksək peşəkarlığın ahənglik təşkil etməsidir.